Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində yerləşən "Santa Mariya" kilsəsində bir nəfərin ölümü ilə nəticələnən silahlı hücumla əlaqəsi olmaqda şübhəli bilinən 17 İŞİD üzvü saxlanılıb.
Trend bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.
Keçirilən əməliyyatda həmçinin, terror təşkilatı ilə əlaqəli çox sayda sənəd ələ keçirilib.
Xatırladaq ki, yanvarın 28-də İstanbulda yerləşən "Santa Mariya" kilsəsində bazar ibadəti zamanı silahlı hücum baş verib. Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı həlak olub.