Bakı. Trend:
İordaniya Hərbi Hava Qüvvələri ötən gecə ABŞ ordusunun İraqda həyata keçirdiyi hücumlarında iştirak etməyib.
Trend-in məlumatına görə, bu barədə İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığının nümayəndəsi bildirib.
"İordaniya aviasiyasının ABŞ Hərbi Hava Qüvvələrinin İraqdakı əməliyyatında iştirakı ilə bağlı xəbərlər həqiqətə uyğun deyil", - deyə o qeyd edib.
O əlavə edib ki, İordaniya ordusu “İraqın suverenliyinə hörmət edir” və “qardaşlıq münasibətləri krallığı bütün ərəb ölkələri ilə birləşdirir”.