Bakı. Trend:
ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“O sağalır və vəzifəsinin icrasına başlayıb”, - bəyanatda bildirilir.
Bir müddət öncə Lloyd Ostinin sidik kisəsində yaranmış problemlə bağlı xəstəxanada müalicə olunmuşdu.
O, vəzifələrini icrasını müvəqqəti olaraq müavini Ketlin Hiksə həvalə edib. Pentaqon rəhbəri sonuncu dəfə yanvarın 1-də prostat xərçəngi ilə bağlı əməliyyatdan sonra yaranan infeksiyaya görə xəstəxanaya yerləşdirilmişdi.