...

Yanvar ayında Türkiyə Azərbaycana polad məhsulları ixracını artırıb

Dünya xəbərləri Materials 16 Fevral 2024 11:11 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2024-cü ilin yanvar ayında Azərbaycana polad məhsulları ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artıraraq 10,9 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına polad məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,1 faiz artaraq, 1,12 milyard dollara bərabər olub.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti