...

Yanvar ayında Türkiyə Qazaxıstana dəri məhsulları ixracını azaldıb

Dünya xəbərləri Materials 19 Fevral 2024 11:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2024-cü ilin yanvar ayında Qazaxıstana dəri məhsulları ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azaldaraq, 3,2 milyon dollara çatdırıb.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 1,8 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına dəri məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 32 faiz azalaraq, 120,8 min dollara bərabər olub.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalaraq, 1,9 milyon dollara bərabər olub.

Xəbər lenti

Xəbər lenti