...

Rusiya ölkəyə girişi qadağan olunan Aİ vətəndaşlarının siyahısını genişləndirib

Dünya xəbərləri Materials 23 Fevral 2024 20:05 (UTC +04:00)
Rusiya ölkəyə girişi qadağan olunan Aİ vətəndaşlarının siyahısını genişləndirib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Avropa İttifaqının 13-cü sanksiyalar paketinə cavab olaraq, ölkəyə girişi qadağan olunan Aİ vətəndaşlarının siyahısını genişləndirib.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, siyahıya Ukraynaya hərbi yardım göstərməkdə iştirak edən, eləcə də Rusiya rəsmilərinin təqib edilməsində əli olan və Rusiyanın dövlət aktivlərinin müsadirəsini tələb edən şəxslər daxil edilib.

Qeyd edək ki, bir qədər əvvəl Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.

Yeni sanksiyalar paketi çərçivəsində 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.

Aİ Şurasının qərarının yaxın zamanda "Aİ-nin rəsmi jurnalı"nda dərc olunacağı gözlənilir. Bundan sonra sanksiyalar qüvvəyə minəcək.

Sənəddə sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslərin adları açıqlanacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti