...

Fələstin Prezidenti hökumətin istefasını qəbul edib

Dünya xəbərləri Materials 26 Fevral 2024 22:13 (UTC +04:00)
Fələstin Prezidenti hökumətin istefasını qəbul edib

Bakı. Trend:

Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Ştayyenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.

Trend xəbər verir ki, Mahmud Abbas bununla bağlı müvafiq sərəncam imzalayıb.

Ştayye və onun rəhbərlik etdiyi kabinet yeni hökumətin tərkibi təsdiqlənənə qədər öz vəzifələrini icra etməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti