...

Türkiyə DIMDEX 2024 Müdafiə Sənayesi Sərgisində iştirak edir

Dünya xəbərləri Materials 4 Mart 2024 14:26 (UTC +04:00)
Türkiyə DIMDEX 2024 Müdafiə Sənayesi Sərgisində iştirak edir

Bakı. Trend:

Türkiyə Qətərin paytaxtı Dohada keçirilən DIMDEX 2024 Sərgisində 39 müdafiə sənayesi şirkəti ilə iştirak edir.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.

Bildirilib ki, bu gün başlayan və martın 6-da başa çatacaq DIMDEX 2024 sərgisində dünyanın hər yerindən yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Sərgidə Türkiyənin müdafiə sənayesi şirkətləri tərəfindən istehsal olunan müxtəlif pilotsuz quru və hava vasitələri, zirehli avtomobil platformaları, silah sistemləri, elektron sistemlər, sursatlar, simulyatorlar və logistik dəstək məhsulları, başda MENA bölgəsi olmaqla bütün iştirakçılara təqdim olunur. Bundan əlavə, yarmarkada qabaqcıl texnoloji imkanlar haqqında məlumatlar təqdim olunacaq və əməkdaşlıq imkanları qiymətləndiriləcək.

Bundan əlavə, Türkiyənin rəsmi nümayəndə heyəti ev sahibi ölkənin rəsmiləri ilə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti