...

Qəzza zolağında atəşkəslə bağlı danışıqlar nəticəsiz olub - KİV

Dünya xəbərləri Materials 5 Mart 2024 16:49 (UTC +04:00)
Qəzza zolağında atəşkəslə bağlı danışıqlar nəticəsiz olub - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Misirin paytaxtı Qahirə şəhərində Qəzza zolağında atəşkəs elan edilməsi üzrə danışıqlar nəticəsiz olub.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə keçirilib.

HƏMAS rəhbərliyinin üzvü Basem Naim agentliyə bildirib ki, iki gün ərzində HƏMAS atəşkəs ilə bağlı öz təkliflərini vasitəçilərə təqdim edib və hazırda İsrailin cavabını gözləyir.

Bildirilib ki, danışıqlarda İsrail nümayəndələri iştirak etməyib.

Qeyd edək ki, bir qədər əvvəl HƏMAS hərəkatı ilə İsrailin Qahirədə atəşkəs və girovların mübadiləsinə dair yeni sazişin əsas müddəaları üzrə razılığa gəldiyinə dair məlumat yayılıb.

"Hazırda hər iki tərəf atəşkəsin 40 gün davam etməsinə və İsrail həbsxanalarından 404 fələstinli məhbusun buraxılması müqabilində 40 israilli girovun azad olunmasına razılaşıb", - deyə məlumatda qeyd olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti