...

Van Qoqun əsəri sərgidə 4,5 milyon avroya satılıb

Dünya xəbərləri Materials 10 Mart 2024 22:06 (UTC +04:00)
Van Qoqun əsəri sərgidə 4,5 milyon avroya satılıb

Bakı. Trend:

Vinsent van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" portreti Maastrixtdə keçirilən Avropa İncəsənət Yarmarkasında (TEFAF) satılıb.

Trend-in məlumatına görə, bu barədə "NOS" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, protretin yeni sahibi əsər üçün 4,5 milyon avrodan çox pul ödəyib.

Rəsm Amerikanın M.S.Rau qalereyası tərəfindən satışa çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti