...

Mirzoyan Bono ilə görüşüb

Dünya xəbərləri Materials 13 Mart 2024 14:54 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkədə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Trend bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, danışıqların əsas mövzusunu Azərbaycan-Ermənistan münasibətlərinin normalaşması prosesi təşkil edib.

Xatırladaq ki, Lui Bono Ermənistana sonuncu dəfə bu ilin yanvar ayında səfər edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti