...

Tacikistan DİN KİV-də barələrində məlumat yayılan 3 vətəndaşının Moskvadakı terror aktı ilə əlaqəsi olmadığını bildirib

Dünya xəbərləri Materials 23 Mart 2024 14:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Crocus City Hall"da törədilən terror aktından sonra "Telegram" kanallarında barələrində məlumat yayılan 3 Tacikistan vətəndaşının törədilən cinayətlə əlaqəsi yoxdur.

Trend xəbər verir ki, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onların ikisi Tacikistandadır, biri isə Rusiyanın Samara şəhərində işləyir.

Tacikistan DİN-in məlumatına görə, Rivociddin İslomov və Mahmadrasul Nasriddinov 2023-cü il 26 noyabr tarixində Rusiya Federasiyasından Tacikistan Respublikasına gəliblər və yaşayış yerlərindədirlər.

Nazirlik, həmçinin, adıçəkilən vətəndaşların fotolarını dərc edib. Daha bir vətəndaş Rustam Nazarovun isə hazırda Samarada taksi sürücüsü işlədiyi qeyd olunub.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Terror aktında ölənlərin sayı 93 nəfərə çatıb, 100 nəfər yaralanıb.

İlkin məlumata görə, "Crocus City Hall"da insanların ölüm səbəbləri odlu silahdan açılan atəş və yanma məhsulları ilə zəhərlənmə olub. Terrorçular "Crocus City Hall"da zalı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər.

Terrorçular əvvəlcə hücum zamanı avtomat silahdan istifadə ediblər, silah istintaq əməkdaşları tərəfindən aşkarlanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti