Bakı. Trend:
NATO ilə əməkdaşlıq Estoniyanın təhlükəsizliyinin əsasını təşkil edir.
Trend-in məlumatına görə, bunu Estoniyanın Baş naziri Kaja Kallas deyib.
“NATO-nun Baltikyanı ölkələrdə və bütün Şimal regionunda mövcudluğu bizə əminlik verir ki, həm sülh, həm də böhran dövründə təhlükəsizlik hissini qoruya bilərik”, – deyə Baş nazir vurğulayıb.