...

İsrail ordusu Qəzzada "Əl-Şifa" xəstəxanasını tərk edir

Dünya xəbərləri Materials 1 Aprel 2024 06:51 (UTC +04:00)
İsrail ordusu Qəzzada "Əl-Şifa" xəstəxanasını tərk edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələrinin hərbçiləri Fələstinin Qəzza zolağında hərbi əməliyyat keçirdikdən sonra "Əş-Şifa" tibb mərkəzini tərk edir.

Trend-in məlumatına görə, bu barədə Qətərin "Al Jazeera" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, təxminən iki həftə davam edən hərbi əməliyyatdan sonra İsrail əsgərləri “Əş-Şifa kompleksi və onun ətrafından tamamilə geri çəkilir”.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti