...

Rusiyada kafedə partlayış olub

Dünya xəbərləri Materials 1 Aprel 2024 15:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Voronej şəhərində kafedə partlayış olub.

Trend xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, kafenin vitrin şüşələri zərər görüb. Hadisə yerində operativ istintaq qrupu fəaliyyət göstərir.

Polis hadisə nəticəsində xəsarət alanın olmadığını bildirib.

Bölgə üzrə operativ strukturlardan KİV-ə verilən məlumata görə, hadisəyə sahibkarlar arasında münaqişə səbəb olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti