Bakı. Trend:
NATO-nun baş katibi Yens Stoltenberq iyulda ABŞ-da keçiriləcək NATO sammitində beş il ərzində Ukraynaya silah tədarükünün ödənilməsi üçün 100 milyard dollarlıq fond yaratmağı təklif edəcək.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Y.Stoltenberq, həmçinin Kiyevə bütün hərbi təchizatın koordinasiyasını ABŞ-dan NATO-nun nəzarətinə keçirməyi təklif edəcək.
Bildirilib ki, Y.Stoltenberqin bu təklifləri NATO-nun bu ölkəni alyansa dəvət etməkdən imtina etməsinə görə Ukraynaya kompensasiya olmalıdır.
"Stoltenberq iyul ayında ABŞ-da keçiriləcək sammitdə alyans liderləri tərəfindən imzalanacaq paket sazişlər çərçivəsində beş il ərzində 100 milyard dollar dəyərində ittifaq ölkələrinin ödənişləri əsasında fond yaratmağı təklif edəcək", - deyə qeyd olunub.