...

İstanbulda 29 nəfərin öldüyü yanğının səbəbi məlum olub

Dünya xəbərləri Materials 3 Aprel 2024 14:38 (UTC +04:00)
İstanbulda 29 nəfərin öldüyü yanğının səbəbi məlum olub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda dünən kafedə baş verən və 29 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yanğının səbəbi məlum olub.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, gecə klubunda səs izolyasiyası və dekorun təmir işləri aparılarkən qaynaq zamanı boru xəttinin partlaması nəticəsində yanğın baş verib.

Kafenin yalnız bir qapısı olduğu üçün içəridə qalanların çoxunun tüstüdən zəhərlənərək həyatını itirdiyi qeyd olunub.

Xatırladaq ki, aprelin 2-də İstanbulun Şişli rayonunda 16 mərtəbəli binanın zirzəmisində yerləşən kafedə yanğın olub. Hadisə nəticəsində 29 nəfər ölüb, 1 nəfər yaralanıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti