Bakı. Trend:
İran İsrailin Dəməşqdə İran konsulluğuna hücumuna mütləq şəkildə reaksiya verəcək.
Trend-in məlumatına görə, bunu İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri bu gün İsfahanda Dəməşqdə öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitinin dəfn mərasimində deyib.
Onun sözlərinə görə, hücum vaxtı, onun həyata keçirilməsi formatı İran tərəfindən müəyyən olunacaq və hərtərəfli şəkildə həyata keçiriləcək:
"İran bu hücuma görə İsraili peşman edəcək".
Qeyd edək ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 11 nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.