Bakı. Trend:
Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında kütləvi etiraz aksiyası keçirilir.
Trend xəbər verir ki, aksiya iştirakçıları ölkədəki siyasi məhbusların azad olunmasını tələb edirlər.
Onlar, həmçinin, İrəvanda səfərdə olan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçdən Ermənistanda siyasi məhbuslar məsələsi ilə bağlı AŞPA-da dinləmələr keçirməyi tələb etmək niyyətindədir.
Qeyd edək ki, Mariya Peyçinoviç Buriç Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.