...

Fransada naməlum şəxslər məscidi atəşə tutub

Dünya xəbərləri Materials 9 Aprel 2024 18:50 (UTC +04:00)
Fransada naməlum şəxslər məscidi atəşə tutub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın şimalındakı Şerburq şəhərində naməlum şəxslər məscidi atəşə tutub.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları binanın fasadında güllə izləri, məscidin ətrafında isə bir neçə mərmi gilizləri aşkar ediblər.

İlkin məlumatlara görə, xəsarət alan olmayıb. Hücum edənlərin hansı silahdan atəş açdıqları müəyyənləşdirilir.

Naməlum hücumçular müsəlmanların Ramazan orucunun bitməsi və Ramazan bayramının qeyd olunması ərəfəsində hücuma keçiblər. Polis məscid ətrafında təhlükəsizliyi gücləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti