Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında Türkiyənin İrana dəri məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 12,1 faiz azalaraq, 663 min dollara bərabər olub.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2024-cü ilin mart ayında Türkiyə İrana 115,8 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 50,5 faiz azdır", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına dəri məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 28 faiz azalaraq, 409,6 milyon dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 146,2 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 33,4 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 - mart 2024) Türkiyə 1,7 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.