...

Yanvar-mart aylarında Türkiyənin Rusiyaya hazır geyim məhsulları ixracı azalıb

Dünya xəbərləri Materials 22 Aprel 2024 11:29 (UTC +04:00)
Yanvar-mart aylarında Türkiyənin Rusiyaya hazır geyim məhsulları ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Rusiyaya hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz azalaraq, 118,5 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Rusiyaya 30,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 55,9 faiz azdır”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azalaraq, 4,5 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 18,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 18,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti