Bakı. Trend:
Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Minskdə Rusiya prezidenti Vladimir Putini qarşılayarkən Qafqazın təhlükəsizliyi ilə bağlı çox maraqlı təkliflərinin olduğunu deyib.
Trend xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
Lukaşenko bildirib ki, prezidentlər ilk növbədə təhlükəsizlik məsələlərini müzakirə edəcək, mayın 24-də isə hökumət üzvlərinin iştirakı ilə iqtisadi məsələlər gözdən keçiriləcək.
"Fikrimcə, həmişə olduğu kimi təhlükəsizlik məsələləri birinci planda olacaq. Sabah isə hökumətlərdən olan həmkarlarımızla birlikdə iqtisadi məsələləri müzakirə edəcəyik. Regionumuz və Qafqaz ilə bağlı çox maraqlı təkliflərim var. Azərbaycana səfər zamanı bunları çox ciddi şəkildə müzakirə etdik", - deyə Belarus prezidenti qeyd edib.