Bakı. Trend:
Bu gün (30 may) İran parlamentində deputatlar arasında dava düşüb.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verir.
Məlumata görə, bu gün İran parlamentində yeni seçilən Qulamrza Tacgərdunun deputat mandatlığının yoxlanılması ilə əlaqədar keçirlən iclasda Reza Təqipur və Mehrdad Qudərzvənd arasında dava düşüb və bir neçə dəqiqə parlamentdə qalmaqal yaşanıb.
Bu gün parlamentdə baş verən qalmaqaldan sonra Malik Şəriəti və Qulamrza Tacgərdunun deputatlıq mandatı təsdiqlənib.
Qeyd edək ki, ötən gün deputat Malik Şəriətinin başçılığı ilə bir qrup deputat İran parlamentinin rəyasət heyətinə Qulamrza Tacgərdunun deputatlıq mandatının təsdiqlənməsinə etiraz edib.
Xatırladaq ki, 21 fevralda İranda sayca 11-ci parlament seçkiləri keçirilib. Yeni seçilən parlament deputatlarının ilk iclası 28 mayda baş tutub.