Bakı. Trend:
Azərbaycanın Litvadakı səfirliyi tərəfindən nəşr olunan "Litva tatarlarının tarixi və Azərbaycanın qədim tarixi" kitabı UNEOSCO tərəfindən dəstəklənib.
Trend bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının rəsmi "X" səhifəsinə istinadən xəbər verir.
""Litva tatarlarının tarixi və Azərbaycanın qədim tarixi" kitabı Azərbaycanın Litvadakı səfirliyi tərəfindən UNEOSCO-nun dəstəyilə nəşr olunub", - paylaşımda deyilir.
Qeyd edək ki, kitabın elmi redaktoru ictimai-siyasi xadim, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vilayət Quliyevdir.
Kitab ötən yüzilliyin 20-ci illərində respublikamızın ərazisində aparılan bütün arxeoloji ekspedisiyaların iştirakçısı və Azərbaycanın ilk arxeoloqlarından birinə - Litva tatarı Cəmil Aleksandroviçə (Nasıfiyə) həsr olunub.
(Tərcümə: Rəna Əbdürəhmanova)