Bakı. Trend:
Meksikada keçirilən prezident seçkilərində Klaudia Şeynbaum qalib gəlib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Öz qərargahında tərəfdarları qarşısında çıxış edən Şeynbaum seçkilərdə iştirak edən Meksika vətəndaşlarına və qələbəsi münasibətilə onu təbrik edən rəqiblərinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Klaudia Şeynbaum Meksikanın 200 illik müstəqillik dövründə seçilmiş ilk qadın prezidentdir.