...

Stoltenberq Ukraynaya yardım fondunu yaratmaqdan imtina edəcək - KİV

Dünya xəbərləri Materials 8 İyun 2024 11:35 (UTC +04:00)
Stoltenberq Ukraynaya yardım fondunu yaratmaqdan imtina edəcək - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberqin Ukrayna üçün 5 illik yardım fondunun yaradılması üzrə plandan imtina edəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, buna NATO üzvlərinin etirazı səbəb olub. Baş katib bunun əvəzinə ölkələrə Kiyevə dəstəyin hazırki səviyyəsini qoruyub saxlamağı təklif edəcək. Hər bir ölkənin yardımı onun ümumudaxili məhsulundan (ÜDM) asılı olaraq müəyyən ediləcək.

Qeyd olunub ki, bütün yardımın yarısını ABŞ, yerdə qalan hissəsini isə NATO-nun digər 31 üzvü göndərəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti