...

Stoltenberq NATO-nun Ukraynaya hər il 40 milyard avro ayırmaq niyyətini təsdiqləyib

Dünya xəbərləri Materials 12 İyun 2024 04:42 (UTC +04:00)
Stoltenberq NATO-nun Ukraynaya hər il 40 milyard avro ayırmaq niyyətini təsdiqləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Atlantika Alyansı (NATO) Ukraynaya hərbi dəstək üçün hər il 40 milyard avro ayırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Latviyada "Buxarest Yeddiliyi" sammitində deyib.

O qeyd edib ki, bu mövzu blokun ABŞ-da keçiriləcək sammitində müzakirə olunacaq. Baş katib əlavə edib ki, NATO lazım olduğu müddətdə bu maliyyə səviyyəsini saxlamalıdır.

Bundan əlavə, baş katib Vaşinqtonda keçiriləcək sammitdə Ukraynaya bütün hərbi təchizatı koordinasiya etmək səlahiyyətinin ABŞ-dan bloka verilməsi barədə qərar veriləcəyinə əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti