...

ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Ermənistana səfər edəcək

Dünya xəbərləri Materials 14 İyun 2024 00:20 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma 17-19 iyun tarixlərində Ermənistana səfər edəcək.

Trend bu barədə ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

Məlumata görə, o, ABŞ-Ermənistan demokratiya üzrə yerli hökumət orqanlarının forumunda iştirak edəcək, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

"Bu səfər erməni xalqı ilə ikitərəfli əlaqələrimizi daha da gücləndirmək öhdəliyimizi əks etdirir. Dövlət katibinin müavini Verma Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniya ştatlarını təmsil edən rəsmilərdən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək. Onu bu səfərdə bu yaxınlarda Dövlət Departamentində yaradılmış alt-milli diplomatiya komandasına rəhbərlik edən Nina Xaçiqyan, eləcə də, kommersiya və işgüzar məsələlər üzrə xüsusi nümayəndə Sara Morqentau müşayiət edəcək", - ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Qeyd olunub ki, nümayəndə heyəti dövlət və özəl sektorun nümayəndələri ilə, eləcə də, vətəndaş cəmiyyəti təşkilatları ilə müzakirələr aparacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti