...

Stoltenberq ABŞ və Kanadaya səfər edəcək

Dünya xəbərləri Materials 14 İyun 2024 20:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ və Kanadaya səfər edəcək.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.

Məlumata görə, iyunun 17-də baş katib Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşəcək. O, Antoni Blinkenlə də görüşəcək, ABŞ Senatında və bir sıra analitik mərkəzlərdə çıxışlar edəcək.

Kanadada isə Baş nazir Castin Trüdo ilə danışıqlar gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti