...

Ermənistanda vətəndaşları şirnikləndirib etiraz aksiyasına çağıranlara cinayət işi açıldı

Dünya xəbərləri Materials 15 İyun 2024 14:50 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda vətəndaşları "Vətən naminə Tavuş" hərəkatının etirazlarında iştiraka təşviq edən iki nəfərə qarşı cinayət işi açılıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, cinayət işi sosial şəbəkələrdə paylaşılan stenoqram əsasında açılıb.

Sözügedən ittihamlarla bağlı ümumilikdə 11 nəfər saxlanılıb.

Xatırladaq ki, bu yaxınlarda Ermənistan KİV Qalstanyanın tərəfdarlarının telefon danışığının stenoqramını yayıb.

Stenoqrama əsasən, keşiş Baqrat Srbzanın (Qalstanyanın) etiraz aksiyasında iştirak edənlərə 5 min dram (təqribən 20 manat) pul verdiyi məlum olub.

Məlumata görə, telefon danışığının əvvəlində Qalstanyanın tərəfdarları söhbətin nədən getdiyinin anlaşılmaması üçün şifrəli danışaraq dram əvəzinə "düyü" sözündən istifadə ediblər. Belə ki, onlar 1000 dramı "1 bağlama düyü" ifadəsi ilə əvəz ediblər. Lakin söhbətin ortasında onlar görünür, şifrəli danışmaqdan yorularaq etirazlarda iştirak üçün pul təklif olunduğundan açıq şəkildə danışır, sonda isə nəyisə xatırlayaraq yenidən dram əvəzinə "düyü" sözündən istifadə edirlər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti