Bakı. Trend:
Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyası bu gün keçiriləcək parlamentin növbədənkənar iclasında iştirak etməyəcək.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının parlament fraksiyasının katibi Artur Hovannisyan bildirib.
Onun sözlərinə görə, iclas qanunun tələbi ilə çağırılacaq, lakin yetərsay olmadığına görə baş tutmayacaq.
"Növbədənkənar iclasda baş nazir Nikol Paşinyanın istefası müzakirəyə çıxarılacaq", - o əlavə edib.