...

Peruda 5,5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 18 İyun 2024 07:23 (UTC +04:00)

Bakı. Trend:

Perunun şimalında 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 5700 nəfər əhalisi olan Barranka şəhərindən 105 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı yerin 100 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti