...

Rusiyada "botulizm" infeksiyasına kütləvi yoluxma işi üzrə üç nəfər saxlanılıb

Dünya xəbərləri Materials 18 İyun 2024 13:05 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Moskva şəhərində çatdırılma xidmətinin yeməkləri ilə kütləvi zəhərlənmə işi üzrə üç nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, iş üzrə fiqurantlar qida istehsalı şirkətinin rəhbəri, yeməklərin hazırlanması və çatdırılması üzrə şirkətin baş direktoru və keyfiyyət şöbəsinin rəhbəridir.

İstintaq zamanı, həmçinin, bir sıra əcnəbi vətəndaşın yaşayış yerinin qanunsuz qeydiyyatı faktı aşkarlanıb, qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Moskvada botulizmə kütləvi yoluxma qeydə alınıb, hazırda 55 nəfər ağır vəziyyətdədir, onların 30-u reanimasiyadadır.

Keyfiyyətsiz məhsulların yayılması dayandırılıb, hazırda epidemioloji araşdırma aparılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti