...

Rusiyaya qarşı 14-cü sanksiyalar paketi razılaşdırıldı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 20 İyun 2024 13:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aİ ölkələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi barədə razılığa gəlib.

Trend xəbər verir ki, bu barədə Aİ Şurasına sədrlik edən Belçikanın Aİ-dəki Nümayəndəliyi məlumat yayıb.

"Bu paket yeni məqsədyönlü tədbirlər təqdim edir və boşluqları aradan qaldırmaqla mövcud sanksiyaların təsirini maksimum dərəcədə artırır", - məlumatda deyilir.

xxx

11:20

Almaniya müvafiq layihəyə təklif etdiyi dəyişikliyin qəbul edilməsinə baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı 14-cü sanksiya paketini bloklayıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Almaniya tərəfinin qərarı Xarici İşlər Nazirliyi ilə Kansler Dəftərxanası arasındakı fikir ayrılıqları ilə izah olunur.

Buna səbəb isə paketdə üçüncü ölkələrin Almaniyadakı törəmə şirkətlərində Rusiya şirkətləri və ya vətəndaşlarının payçı qismində iştirakını qadağan edən müddəanın yer almasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti