...

Türkiyədə qırmızı kateqoriyada olan terrorçu məhv edildi

Dünya xəbərləri Materials 24 İyun 2024 10:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə jandarmasının Batman şəhərindəki Gercüş ərazisində həyata keçirdiyi “Bozdağan-45” əməliyyatı nəticəsində qırmızı kateqoriyada olan terrorçu Sultan Dağ öldürülüb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində məlumat yayıb.

O bildirib ki, “Beritan Amara” kod adlı terrorçu rəhbər şəxslərdən olub.

Əməliyyat nəticəsində “Zeynep Cüdi” kod adlı Zeynep Nibat da məhv edilib.

Adıçəkilən şəxslərin Türkiyə hüquq-mühafizə orqanlarına qarşı bir neçə terror aktında iştirak etdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti