...

Lüksemburq Ukrayna ilə təhlükəsizlik təminatı haqqında saziş imzalayıb

Dünya xəbərləri Materials 10 İyul 2024 23:54 (UTC +04:00)

Bakı. Trend:

Lüksemburq NATO sammiti çərçivəsində Ukrayna ilə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Lüksemburq Baş naziri Lyuk Friden deyib.

"Bu gün səhər mən Ukrayna prezidenti Vladimir Zelenski ilə təhlükəsizlik sazişi imzaladım. Bütün dövlətlərin Ukraynanı dəstəkləməsi vacibdir, bu, qaydalara əsaslanan dünya nizamı üçün vacibdir", - deyə o bildirib.

Hökumət başçısının sözlərinə görə, Lüksemburq kiçik ölkələrin təhlükəsizliyi üçün NATO-nun vacibliyinə inanır və buna görə də o, sammitdə təntənəli şəkildə bəyan edəcək ki, hersoqluq hərbi xərclərini 2030-cu ilə qədər ÜDM-in 2 faizinə çatdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti