Bakı. Trend:
Terrorla mübarizəni sərhədlərdən kənarda davam etdiririk.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Demək olar ki, sərhəddə terror təşkilatlarının mövcudluğuna son qoyduq. Sərhəddən kənarda da mübarizəmizi davam etdiririk. Biz terror təhlükəsinin olmadığı bir ölkəni gələcək nəsillərə təhvil vermək əzmindəyik” – deyə Ərdoğan qeyd edib.
O bildirib ki, hal-hazırda Türkiyə terrorla mübarizədə çox yaxşı yerdədir.