Bakı. Trend:
Venesuelanın paytaxtı Karakasda Nikolas Maduronun prezident seçilməsi səbəbilə etirazlar keçirilib.
Trend xəbər verir ki, paytaxt küçələrində etiraz aksiyaları zamanı silah səsləri eşidilib.
Etirazçılar polislərə daş, çubuq və yandırıcı mayenin olduğu butulkalar atıblar.
Polis və milli qvardiya nümayişçilərin Prezident sarayına yolunu bağlayıb və gözyaşardıcı qazdan istifadə edib.