Bakı. Trend:
Rusiyada qeyri-strateji nüvə təlimlərinin üçüncü mərhələsi başlanıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, təlimə Cənubi və Mərkəzi Hərbi Dairələrin, aerokosmik qüvvələrin şəxsi heyəti cəlb olunub.
Qurumdan bildirilib ki, hərbi qulluqçular Rusiya Federasiyası Silahlı Qüvvələrinin hissələrinin qeyri-strateji nüvə silahına döyüş tətbiqinə hazırlıq məsələləri üzərində işləyəcəklər.