...

BMT Sudandakı humanitar böhranla bağlı xəbərdarlıq etdi

Dünya xəbərləri Materials 3 Avqust 2024 12:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sudanda müharibənin doğurduğu humanitar böhran tezliklə bütün regiona yayıla bilər.

Trend xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

“Müharibə başlayandan 10 milyon nəfərin məcburi köçü və elementar xidmətlərin yoxluğu nəticəsində humanitar böhran hər gün dərinləşir və tezliklə bütün regionu əhatə edə bilər”, - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının koordinatoru Mamadu Dian Balde xəbərdarlıq edib.

O qeyd edib ki, silahlı toqquşmalar ilin əvvəlindən minlərlə insanın ölümünə səbəb olub. Fəlakətin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti