...

“Debi” qasırğası yaxınlaşır

Dünya xəbərləri Materials 4 Avqust 2024 22:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Debi” tropik fırtınası Meksika körfəzi vasitəsilə ABŞ sahillərinə yaxınlaşır.

Trend-in "Bloomberg"-ə istinadən verdiyi məlumata görə, Milli Qasırğa Mərkəzi yerli vaxtla avqustun 4-ü axşam saatlarında fırtınanın qasırğaya çevriləcəyini açıqlayıb. Hazırda “Debi” fırtınasının sürəti saatda 105 km-dir.

Fırtınanın daha çox Florida, Corciya və Cənubi Karolina ştatlarını əhatə edəcəyi gözlənilir. Proqnozlara əsasən, qasırğa avqustun 5-i səhər saatlarında formalaşacaq. Florida və Corciya ştatlarının rəhbərliyi əhalini qasırğaya hazırlıqlı olmağa çağırıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, “Debi” qasırğası güclü yağışlar, güclü küləklər və daşqınlar gətirə bilər. Sahil bölgələrində yaşayan sakinlərə ehtiyat tədbirləri görmək, evlərini möhkəmləndirmək və təxliyə planlarını hazırlamaq tövsiyə olunur. ABŞ-ın Fövqəladə Hallar İdarəsi (FEMA) də vəziyyəti yaxından izləyir və lazımi tədbirləri görməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti