Bakı. Trend:
Yaponiyanın Nikkei indeksi ticarət gününün əvvəlində ABŞ fond bazarlarının kəskin düşməsi fonunda 5,65% dəyər itirib.
Trend-in Yapon mətbuatına istinadən verdiyi məlumata görə, ticarət açılışından sonra ilk yarım saat ərzində indeks 33 882,33 bəndə düşüb. Asiyanın ən iri Tokiya fond birjasının kotirovkaları bazar ertəsi günü ticarət açılışında ABŞ-da qeydə alınmış kəskin düşüş fonunda çökmüşdür.
Ticarət məlumatlarına görə, Nikkei indeksi, Yaponiya'nın 225 iri şirkətinin səhmlərinin qiymət dalğalanmalarını əks etdirir və açılışdan sonra 5,65% azalaraq 33 882,33 bəndə enmişdir.
Yerli analitiklər bu düşüşü ABŞ-dakı iş bazarı ilə bağlı mənfi məlumatlarla əlaqələndirirlər. Bu məlumatlar proqnozlardan pis çıxaraq qlobal maliyyə bazarlarına təzyiq göstərib.