Bakı. Trend:
İsrail ordusu HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarı məhv etməyə çalışacaq.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.
"Biz onu tapmağa, vurmağa çalışacağıq ki, HƏMAS yenidən Siyasi Büronun yeni rəhbərini axtarmalı olsun", - deyə o bildirib.
İsrail Hərbi Hava Qüvvələrinin hərbçiləri qarşısında çıxışı zamanı Halevi qeyd edib ki, İsrail hərbi komandanlığı nöqteyi-nəzərindən siyasi vəzifəyə təyinat Sinvarı HƏMAS döyüşçülərinin İsrailə keçən ilki hücumunun hazırlanmasında iştirak etmək məsuliyyətindən azad etmir.