...

ABŞ-nin bütün hərbi texnikası və şəxsi heyəti Ermənistanı tərk etdi - Səfirlik

Dünya xəbərləri Materials 8 Avqust 2024 13:18 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin bütün hərbi texnikası və şəxsi heyəti Ermənistanı tərk etdi.

Trend xəbər verdiyi kimi, bu barədə ABŞ-nin İrəvandakı səfirliyinin açıqlamasında deyilir.

"İyulun 24-də ABŞ və Ermənistan arasında operativ əməkdaşlığı genişləndirmək üçün nəzərdə tutulmuş “Eagle Partner 2024” sülhməramlı təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, ABŞ-nin bütün hərbi texnikası və şəxsi heyəti Ermənistanı tərk edib" - açıqlamada deyilir.

Qeyd edək ki, "Eagle Partner 2024" birgə hərbi təlimləri iyulun 15-i başlayıb.

ABŞ-nin Avropa və Afrikadakı quru qoşunları və Kanzas Milli Qvardiyası ilə birgə keçirilən təlimlər iyulun 24-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti