...

ABŞ-da Rusiya və Qazaxıstan vətəndaşları kiber fırıldaqçılıqda ittiham olunub

Dünya xəbərləri Materials 8 Avqust 2024 23:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da Rusiya vətəndaşı Pavel Kublitski və Qazaxıstan vətəndaşı Aleksandr Xodırev kiber fırıldaqçılıqda ittiham olunublar.

Trend xəbər verir ki, bununla bağlı məlumat Florida Federal Məhkəməsinin elektron məlumat bazasında qeyd olunub.

Onların darknetdə WWH platformasının fəaliyyətində iştirak etdikləri iddia olunur. Orada oğurlanmış bank hesablarının nömrələri və saxta sənədlərin alındığı, hakerlərin işə götürüldüyü bildirilir.

Məhkəmə sənədində deyilir: "Kublitski və Xodırevin WWH-nin idarəçiləri (adminləri) olduğuna inanmaq üçün əsaslar var".

Sənəddə təqsirləndirilən şəxslərin rəsmi olaraq işlə təmin olunmadığı da qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti