Bakı. Trend:
"Hallesker" "Pauli" arasında keçirilən Almaniya kuboku oyunundan sonra azarkeşləri evinə daşıyan mikroavtobus tramvayla toqquşub, nəticədə beş nəfər ağır xəsarət alıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, 15-57 yaşları arasında olan səkkiz nəfərdən beşi ağır, üçü isə yüngül yaralanıb.
Məlumata görə, mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 40 yaşlı şəxs isə yanğınsöndürənlər tərəfindən çıxarılıb. Xəsarət alanların hər biri xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, "Hallesker" "Pauli" görüşü qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.