Bakı. Trend:
Qəzza zolağında münaqişənin həlli istiqamətində aparılan danışıqlarda vasitəçi qismində çıxış edən Misir, Qətər və ABŞ nümayəndə heyətləri danışıqlar prosesinə fasilə vermək qərarına gəliblər.
Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi mənbələrə istinadən bildirib.
Məlumata əsasən, danışıqlar "qeyri-müəyyən müddətə dayandırıldı, onların bərpası üçün heç bir tarix təyin olunmayıb".
Qeyd edilib ki, ABŞ, Qətər və İsraildən olan nümayəndə heyətlərinin üzvləri artıq danışıqların aparıldığı Qahirəni tərk ediblər. Fələstinin "HƏMAS" hərəkatı isə öz növbəsində son günlər məsləhətləşmələrdə ümumiyyətlə iştirak etməyib.