Bakı. Trend:
Finlandiyanın Mikkeli şəhərində Rusiya ilə sərhəd yaxınlığında NATO-nun 4-5 min əsgərdən ibarət zirehli briqadası yaradılacaq.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, qərarın yaxın həftələrdə rəsmən açıqlanacağı gözlənilir.
Qeyd olunub ki, Finlandiyanın bir neçə NATO ölkəsi ilə ölkə ərazisinə qoşun yeritməsi barədə danışıqlar aparılır.