Bakı. Trend:
Venesuelanın Ali Məhkəməsi iyulun 28-də keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Nikolas Maduronun qələbəsini təsdiqləyib.
Trend xəbər verir ki, məhkəmənin sədri Karisliya Rodriqes “Venezolana de Television” kanalına verdiyi açıqlamada bu barədə məlumat verib.
"Seçki materiallarının araşdırılması nəticəsində, Milli Seçki Şurasının 2024-cü il iyulun 28-də elan etdiyi və 2025-2031-ci illər üçün Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsinə Nikolas Maduro Morosun qalib gəldiyi prezident seçkilərinin nəticələri təsdiqlənib", - deyə Rodriqes bildirib.